Emiliano Martinez :"Heç olmadığım qədər xoşbəxtəm"

Argentina millisinin təcrübəli qolkiperi Emiliano Martinez xoşbəxt olmasının sirrini açıqlayıb. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 31 yaşlı qolkiper :"Dünya Çempionu adını qazanmışam, Lionel Messi ilə birliktə tarix yazmışıq və Argentina millisinin ən az qol buraxan qolkiperi olmuşam. Mən heç vaxt olmadığım qədər xoşbəxtəmş Çıxış etdiyim kulub çempion olmaq üçün oynayır və burada da qalib gələcəyəm",-deyib.

Lionel Messi Emiliyano Martinez haqqında danışarkən :"Biz Emi kimi təcrübəli qolkiperə sahib olduğumuz üçün çox şanslıyıq. Başqası olsaydı bəlkədə kuboku biz qaldıra bilməyəcəkdik",-deyib.

Qeyd edək ki, Emiliano Martine Dünya Çempionu adına layiq görüldükdən sonra Dünyanın ən yaxşı qolkiperi seçilib.