Emilyano Martinez “Aston Villa”dan ayrılır?
"Aston Villa" argentinalı qapıçısı Emilyano Martinezlə bağlı qərar verib.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Aston Villa" E.Martinezi satmaq niyyətindədir.
Birmingem klubu 32 yaşlı kiper üçün 25 milyon avro tələb edir.
Qeyd edək ki, "Aston Villa" "Real Madrid"in ukraynalı qapıçısı Andrey Luninlə yaxından maraqlanır.