Emre Mor digər Super Liqa klubuna keçə bilər

Emre Mor Türkiyə Super liqasında çıxış edən "Hatayspor" klubuna tramsfer ola bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,Volkan Dəmirəl  26 yaşlı sağ cinah hücumçusu Emre Moru transfer etmək qərarına gəlib.

"Hatayspor" rəsmilərinin "Fənərbağça" klubuna rəsmi təklif göndərdiyi bildirilib.

Qeyd edək ki, Emre Mor bu mövsüm "Fənərbağça" formasıyla ümumilikdə 3 oyunda meydana çıxıb.