Ən son NBA xəbərləri - BLOK

“Filadelfiya” lider basketbolçusu Coel Embiidlə müqavilə müddətini yeniləyib. 

Sportline.az xəbər verir ki, 2023-cü ildə sözləşməsi başa çatan oyunçu 2027-ci ilə qədər Pensilvaniya klubunda çıxış edəcək. 4 illik yeni anlaşmanın şərtlərinə əsasən Embiid bu müddət ərzində 196 milyon dollar məvacib alacaq. Xatırladaq ki, ulduz basketbolçunun liderliyi ilə “Filadelfiya” ötən mövsüm müntəzəm çempionatda Şərq Konfransının qalibi olmuşdu.

Elə “Qolden Steyt”in lideri Stefen Körrinin məvacibi də Amerika Birləşmiş Ştatlarında əsas müzakirə mövzularından biridir. “Qolden Steyt”lə  215 milyon dollardan müqabilində yeni müqavilə imzalayan 3 qat MBA çempionu həm də bu göstəricidə adını liqanın tarixinə yazdırıb. 33 yaşlı amerikalı liqa tarixində ilə 50 milyon dollardan artıq məvacib alan ilk basketbolçu olacaq. Maraqlıdır ki, amerikanın qadınlardan ibarət liqasının aparıcı basketbolçuları olan Yelena Della Donna və Skayler Diqqins-Smit ilə 221 min dollar maaş alırsa, Körri bir oyuna 700 min dollar qazanır.

Yeri gəlmişkən, Milli Basketbol Liqasında ənənəvi olaraq keçirilən yay liqası başa çatıb. Keçirdiyi 5 oyunun hamısında qalib gələn “Sakramento” tarixində ikinci dəfə bu liqanın qalibi olub. Eyni nəticə ilə yadda qalan “Nyu Orlean” ikinci, 4 qələbə qazanan “Boston” üçüncü olub.