Ən yaxşı oyunçuların reytinqi

“Los-Anceles Leykers”in lideri Lebron Ceyms artıq NBA-də ən yaxşı oyunçular arasında ilk sırada deyil.

Sportline.az xəbər verir ki, liqanın rəsmi saytı yeni mövsümdən əvvəl çempionatın 20 ən yaxşı oyunçusunun reytinq cədvəlini tərtib edib və Ceymsi 3-cü sırada qərarlaşdırıb.

Siyahıya isə “Bruklin Nets”in lideri Kevin Dürant başçılıq edir.  İkinci pillədə ötən mövsüm “Miluoki Baks”ın çempionluğunda böyük pay sahibi olan yunanıstanlı basketbolçu Yannis Adetokumbo qərarlaşıb.

İlk beşliyi “Qolden Steyt Uorriors”dan Stefen Karri və “Denver Naqqets”dən Nikola Yokiç tamamlayır.