Entoni Marsiyal komandada qalır

Baş məşqçi Erik Ten Haq Entoni Marsiyalla bağlı yekun qərarını verib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Fənərbağça" klubu futbolçu üçün təklif göndərsə də təcrübəli mütəxəssis :"Marsiyal tam olaraq sağalmayıb.Müqaviləsində yeni dəyişiklik olsa bunu ilk məndən eşidəcəksiniz. Yanvar ayında futbolçu almaq ya da satmaqla bağlı planımız yoxdur",-deyib.

Qeyd edək ki, Erik Ten Haq daha öncə yayda edilən transferlərə görə bu mövsüm heyətə yeni futbolçu cəlb olunmayacağını bildirmişdi.