Enzo Mareska "Mançester Siti"də
"Mançester Siti" klubu baş məşqçi postuna yeni təyinatını rəsmən açıqlayıb.
Sportline.az xəbər verir ki, komanda Entso Mareskaya həvalə olunub. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İtaliyalı mütəxəssis "Mançester Siti" üçün tanış simadır. O, 2022-2023-cü illərdə Xosep Qvardiolanın rəhbərlik etdiyi məşqçilər korpusunda çalışıb. Bundan əvvəl isə klubun akademiyasında və aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərib.
Klub bir müddət əvvəl Xosep Qvardiolanın 2025/2026 mövsümünün sonunda vəzifəsindən ayrılacağını açıqlamışdı.