Ərdən Timur Anexliyoyla bağlı açıqlama verdi
"Qalatasaray"ın vitse-prezidenti Ərdən Timur ispaniyalı sol cinah müdafiəçisi Anxelinyonun komandadakı gələcəyi ilə bağlı məlumat verib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, vitse-prezident 26 yaşlı müdafiəçiylə bağlı açıqlmasında :" Bu məsələ bizdən çox "Leyptsiq"in əlindədir. Almaniya klubunun Anxelinyoyla bağlı planlarını öyrəndikdən sonra dəqiq məlumat verə biləcəyəm. Hazırda bizim üçün də futbolçunun gələcəyi sual altındadır. Qalmasını əlbəttə çox istəyirik amma, qərar bizim əlimizdə deyil",-deyib.
Qeyd edək ki, Anxelinyo bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 19 matçda 1qol, 1 asistlə yadda qalıb.