Ərəb klubları Konselunun ovuna çıxıb

"Mançester Siti"nin müdfiəçisi Joau Kanselu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə 30 yaşlı futbolçu "Əl-Əhli" və "Əl-İttifaq" klublarının hədəfindədir.

"Mançester Siti" 25 milyon avro müqabilində Kanselu ilə vidalamağa hazırdır.

Qeyd edək ki, Kanselu son mövsümü icarə əsasında "Barselona"da keçirib.