Erik Bayi keçmiş kulubuna qayıda bilər

"Beşiktaş"ın "Mançester Yunayted"dən transfer etdiyi futbolçu üçün İspaniya kulubu təklif göndrəib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Vilyareal" kulubu 29 yaşlı mərkəz müdafiəçisi üçün rəsmi təklif göndərib.

Kotdivuarlı futbolçu keçmiş kulubundan gələn təklif barədə açıqlma verməyib. "Beşiktaş" rəhbərliyi isə Erik Bayi üçün 10 milyon avro tələb edib. 

Qeyd edək ki, Erik Bayi "Beşiktaş" forması ilə cəmi 8 oyunda meydana çıxıb.