Erik Ten Haq komandanın inkişafından danışıb
"Mançester Yunayted" klubunun baş məşqiçisi Erik Ten Haq Ser Cim Ratklifin gəlişindən sonra baş verən dəyişikliklər haqqında məlumat verib.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, niderlandlı təcrübəli mütəxəssis açıqlamasında :" Ser Cim Ratklif komandanın 25%-ni aldıqdan sonra çox şeylər dəyişdi. "Mançester Yunayted" əvvəlki əzimkarlığını geri qaytarmağa başlayıb. Komandanın yenidən toparlana bilməsi üçün müəyyən vaxt lazımdır",-deyib.
Qeyd edək ki, Erik Ten Haq "Mançester Yunayted"dən ayırlması ilə bağlı çıxan xəbərləri yalanalayıb.