Erik Ten Haq qış transfer pəncərəsi üçün planlarını açıqlayıb

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq qış transfer pəncərəsində transferlə bağlı planlarından danışıb.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis yeni futbolçu transfer etmək istəmədiklərini bildirib. 

Erik Ten Haq aparıcı oyunçuların zədəsinin sağaldığını və komandanın toparlanacağını düşündüyü üçün yeni futbolçu cəlb etməyəcəyini deyib. 

Qeyd edək ki, Erik Ten Haq bu mövsüm transfer üçün külli miqdarda pul xərcləndiyi üçün yanvarda yeni futbolçu alınmayacağını bildirib.