"Espanyol" La Liqaya vəsiqə verən pley-off mərhələsinin finalına yüksəlib

İspaniya 2-ci Liqasında yarımfinal mərhələsinin cavab oyununda "Espanyol" "Sportinq Xixon"u qəbul edib.

Sportline.az xəbər verir, görüş 0-0 hesabı ilə başa çatıb və iki oyunun nəticəsinə görə (1-0) qalib gələn Katalon təmsilçisi adını finala yazdırıb.

"Espnayol"un finaldakı rəqibi "Real Ovyedo" klubu olacaq.

Qeyd edək ki, La Liqaya vəsiqə uğrunda həlledici mərhələnin ilk oyunun iyunun 16-da Ovyedoda olacaq.