"Espanyol" yenidən La Liqada

Keçid pley-off mərhələsinin cavab oyununda "Espanyol" doğma meydanda "Real Ovyedo" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş Katalon təmsilçisinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb və onlar, 2 oyunun nəticəsinə görə elitaya vəsiqə qazanıblar. (2-1).

Qeyd edək ki, "Espanyol"un qələbə qollarını 44 və 45+2-ci dəqiqədə Xavi Puado vurub.