"Everton" "Fulhem"dən futbolçu alır
"Everton" "Fulhem"in brazilyalı futbolçusu Kenni Teteni azad agent kimi heyətinə qatacaq.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
29 yaşlı sağ cinah müdafiəçisi "Everton"a keçməyə razılıq verib.
Qeyd edək ki, Kenni Tete bu mövsüm çıxış etdiyi 22 matçda 2 məhsuldar ötürmə müəllifi olub.