"Everton"dan yeni həmlə
"Everton" "Fulhem"in niderlandlı futbolçusu Kenni Teteni azad agent kimi heyətinə qatmaq istəyir.
Sportline.az "İndependent" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Tetenin meneceri ilə danışıqlar aparır.
29 yaşlı sağ cinah müdafiəçisi "Fulhem"lə yeni müqavilə imzalamaq niyyətində deyil.
Qeyd edək ki, Tete bu mövsüm meydana çıxdığı 22 matçda 2 asistlə yadda qalıb.