"Eybar"ın qadın futbolçusu La Liqa tarixinin ən erkən qolunu vurub

"Eybar" klubunun futbolçusu Eyder Arana La Liqa qadın çempionatının 29-cu turunda rekorda imza atıb.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, müdafiəçi "Tenerife"yə qarşı keçirilən oyunun 8-ci saniyəsində fərqlənərək La Liqada vurulan ən erkən qolun müəllifi olub.

Arananın meydanın mərkəzindən vurduğu zərbə qapıçının səhvi nəticəsində tora daxil olub.

Qarşılaşma 1-1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, La Liqa qadınlar çempionatında son 1 tur qalıb. 85 xalla zirvədə qərarlaşan "Barselona" daha əvvəl çempionluğu təmin edib.