"Fənərbağça" braziliyalı futbolçu ilə maraqlanır

Türkiyənin "Fənərbağça" kulubu braziliyalı futbolçu Pablo Mayanı transfet etmək istəyir.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı lacivərtlər" "San Paulo"kulubunun 21 yaşlı  futbolçusu ilə danışıqlara başladığını bildiriblər.

Pablo Maya 2021-ci ildə "San Paulo" kulubuna transfer olunub və gözlənilən performansı vermədiyi üçün, komanda rəhbərliyi futbolçunu satmaq qərarına gəlib. 

Qeyd edək ki, Pablo Maya "San Paulo" forması ilə çıxdığı 58 oyunda 5 qol,2 asistlə yadda qalıb.