Fabio Silvanın yeni komandası bəlli oldu

"Vulverhempton"un gənc futbolçusu karyerasını Şotlandiya liqasında davam etdirəcək.

Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, portuqaliyalı gənc futbolçu Fabio Silva Şotlandiyanın "Rencers" klubuna icarə əsasında transfer olunub.

İngiltərə klubu futbolçunu satmaq niyyətində olmadığını bildirib .

Qeyd edək ki, Fabio Silva bu mövsüm çıxdığı 10 oyunda 1 qolla yadda qalıb.