Fatih Terim "Panatinaykos"a keçidi ilə bağlı məlumat verib

Fatih Terim "Panatiyankos" klubu ilə bağlı çıxan xəbərlərin doğru olduğunu bildirib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis Yunanıstan klubun təklif barədə danışarkən:"Bəli xəbərlər doğrudur. Ötən gün təklif gəldi, qəbul etdim. Bu gün müqavilə imzalanacaq. Sabahdan etibarən komanda ilə ilk məşqimə çıxacağam",-deyib. 

Daha öncə Türkiyə milli komandasını və "Qalatasaray" klubunun baş məşqçisi vəzifəsində çalışan Fatih Terimlə 2 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Fatih Terimin məşqçi heyətində Necati Ateş, Şükrü Hanedar, Mert Çetin və Eray Öztürk yer alacaq.