Fatih Terim "Panatinaykos"la münasibətləri rəsmiləşdirdi

Türkiyəli təcrübəli mütəxəssis Yunanıstanın "Panatinaykos" klubu ilə müqavilə imzalayıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 70 yaşlı çalışdırıcı ilk rəsmi imzasını ataraq azarkeşlərə :"Mən buradayamsa əmin olunki biz çempion olacağıq. "Panatinaykos" klubu köklü tarixə sahibdir",-deyib. 

Qeyd edək ki, Yunanıstan klubu Fatih Terimlə 2 illik müqavilə imzalayıb.