Fatih Terim prokurorluğa çağırılıb

Fatih Terim, Arda Turan və Emre Belözoğlu İstanbul Baş Prokurorluğunda ifadə verib.

Sportline.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, İstanbulda bir bankın şöbə müdirinin bankın şəxsi fondu vasitəsilə Fatih Terim və bir iş adamı da daxil olmaqla bir çox insanı aldatması ilə bağlı şikayətləriə görə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

"Qalatasaray"ın və milli komandanın keçmiş baş məşqçisi Fatih Terim İstanbul Prokurorluğuna bir bankın şəxsi fondu vasitəsilə dələduzluq etdiyi iddiası ilə başlatdığı istintaq çərçivəsində "şikayətçi" kimi ifadə verib. Bir müddət əvvəl “Eyüpspor”un baş məşqçisi Arda Turan və “Başakşehir”in baş məşqçisi Emre Belözoğlu şikayətçi qismində prokurorluqda olub.

İstintaq çərçivəsində digər şikayətçilərin də ifadələrinin alınacağı gözlənilir.

Banner