Fatih Terim türkiyəli futbolçunun transferi üçün "Adana Demirspor"la görüşüb

Yunanıstanın "Panatinaykos" klubunda baş məşqçi vəzifəsində çalışan Fatih Terim "Adana Demirspor"un türkiyəli futbolçusunu istəyir. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis 25 yaşlı sağ cinah hücumçusu üçün "Adana Demirpsor"la görüşmələr başlayıb. 

2025-ci ildə Adana təmsilçisiylə müqaviləsi başa çatacaq futbolçu komandadan ayrılmaq istəmədiyini bildirib. 

Qeyd edək ki, Yunanıstanın digər klubu "Olimpiyakos"da Yusuf Sarıyla maraqlanır.