Federiko Dimarko "İnter" klubuyla yeni müqavilə imzalayıb
Federiko Dimarko "İnter"lə uzun müddətli müqavilə imzalayıb.
Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, 26 yaşlı sol cinah müdafiçəisi İtaliya klubunda 2027-ci ilədək çıxış edəcək.
İtaliyalı futbolçu "İnter"də xoşbəxt olduğunu və komandada qalmaq istədiyini deyib və yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Federiko Dimarko bu mövsüm "İnter" formasıyla çıxdığı 21 oyunda 3 qol, 5 məhsuldar ötürməylə yadda qalıb.