Feliksin yeni klubu bilindi

Portuqaliya millisinin üzvü Joao Feliksin yeni klubu müəyyənləşib.

Sportline.az "The Atletic"ə istinadla xəbər verir ki, portuqaliyalı futbolçu karyerasını yenidən ''Çelsi''də davam etdirəcək.

''Çelsi'' 24 yaşlı futbolçu ilə 6 illik müqavilə bağlamağı planlaşdırır.

Qeyd edək ki, 2023-cü ildə ''Çelsi''də icarə əsasında çıxış edən futbolçu 20 oyunda 4 qolla yadda qalıb.