"Fənərbağça" azarkeşlərini sevindirəcək xəbər Rodriqo Beçaodan gəldi
Uzun müddətdir zədədən əziyyət çəkn Rodriqo Beçaonun yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, braziliyalı futbolçu ən qlsa müddətdə komandaya qatılmaq istədiyini bildirib.
İsmail Kartal Beçaonun "Samsunspor"la matçda meydana çıxmasını istədiyini deyib.
Qeyd edək ki, Rodriqo Beçao oktybr ayında zədələndiyi üçün uzun müddət yaşıl meydanlardan kənarda qalıb.