"Fənərbağça" danışıqlara başladı

“Fənərbağça” futbolçusu Vedat Muriqinin "Latsio"ya keçəcəyi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
 
Sportline.az xəbər verir ki, klubun rəsmi saytı 26 yaşlı hücumçuya görə Roma təmsilçisi ilə danışıq apardıqlarını açıqlayıb.
 
2019-cu ilin yayında “Fənərbağça”ya transfer edilən Muriqinin klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. 
 
Qeyd edək ki, "Sky Sport İtalia" nəşri "Latsio"nun kosovalı forvardla 5 illik müqavilə imzalayacağını yazıb.