"Fənərbağça" derbidə qalib gəlib lider oldu

Kişi basketbolçuların Türkiyə Superliqası davam edir.

Sportline.az xəbər verir ki, artq 4-cü tura yekun vurulub. Diqqətlər mərkəzi oyuna yönəlmişdi. Söhbət “Fənərbağça” – “Anadolu Efes” derbisindən gedir.

Əksəriyyət gərgin mübarizə gözləsə də, meydan sahibləri buna imkan verməyiblər. İlk dəqiqələrdən üstünlüyə yiyələnən “sarı-lacivərdlilər” sonadək təşəbbüsü qoruyublar.

İlk 3 hissədə qalib gələn “Fənərbağça” yalnız sonuncu dövrədə məğlub olub. Amma bu, meydan sahiblərinin qələbəsinə maneə yaratmayıb. “Fənərbağça” – “Anadolu Efes”: 90-68.

Bununla da yarış cədvəlində zirvəyə yüksələn meydan sahibləri 2021-ci ildə ilk dəfə “Anadolu Efes”ə qalib gəliblər. Bu il keçirdikləri 5 matçın hamısında “Fənərbağça” məğlub olmuşdu.