"Fənərbağça" ingiltərəli futbolçuya görə 18 milyon avro təklif edib
"Fənərbağça" "Mançester Yunayted"in ingiltərəli futbolçusu Ceydon Sançonu transfer etmək niyyətindədir.
Sportline.az jurnalist Orazio Akkomandonın məlumatına istinadən xəbər verir ki, İstanbul klubu Sanço üçün 18 milyon avro ödəməyə hazırdır.
25 yaşlı sol cinah vingeri ötən mövsüm "Çelsi"də icarə əsasında keçirib.
Qeyd edək ki, Sanço bu mövsüm meydana çıxdığı 42 matçda 5 qol 10 asistlə yadda qalıb.