"Fənərbağça" italiyalı müdafiəçiylə razılaşıb
İstanbul nəhənglərindən olan "Fənərbağça" italiyalı müdafiəçi Leanardo Bonuççi ilə razılıq əldə edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər" 36 yaşlı futbolçunu sabah İstanbula gəltirmək istəyirlər.
"Fənərbağça" klubu Leanardo Bonuççi ilə 6 aylıq müqavilə imzalayacağını açıqlayıb.
Qeyd edək ki, Leanardo Bonuççi "Union Berlin" forması ilə cəmi 10 oyunda meydana çıxıb.