"Fənərbağça" kanadalı futbolçunu heyətinə qatmaq istəyir
"Lill"dən azad agent kimi ayrılan kanadalı futbolçu Conatan Deyvid "Fənərbağça"ya transfer ola bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Sercan Hamzaoğlu "X" hesabında paylaşım edib.
Deyvid bu mövsüm çıxış etdiyi 49 matçda 25 qol 12 asistlə yadda qalıb.
Qeyd edək ki, 25 yaşlı forvardın dəyəri 45 milyon avrodur.