"Fənərbağça" "Mançester Yunayted"in hücumçusunu istəyir

Türkiyə nəhənglərindən olan "Fənərbağça" "Mançester Yunayted"in 28 yaşlı hücumçusu üçün rəsmi təklif göndərib. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər" Entoni Marsiyal üçün "mankunyanlar"a 6,8 milyon avro təklif ediblər.

"Mançester Yunayted" rəhbərliyi və baş məşqçi Erik Ten Haq Marsiyalın satılmayacağını açıqlayıblar. 

Qeyd edək ki, "Fənərbağça" klubu Entoni Marsiyalı transferi üçün yeni təklif hazırlayacağını bildirib.