"Fənərbağça" "Mançester Yunayted"lə danışıqlara başlayıb

Ötən mövsümü "Çelsi"də icarə əsasında keçirən ingiltərəli futbolçu Ceydon Sanço "Fənərbağça"nın maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, bu haqda insayder Yağız Sabuncuoğlu öz "X" hesabında paylaşım edib.

25 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avrodur. Futbolçu müqavilə əsasında "Mançester Yunayted" klubuna məxsusdur.

Qeyd edək ki, Sanço ötən mövsüm "Çelsi"nin heyətində çıxış etdiyi 42 matçda 5 qol 10 asistlə yadda qalıb.