"Fənərbağça" rəsmiləri Bosniya və Herseqovinalı futbolçunun transferi üçün İtaliyaya gediblər

Uzun müddətdir Rade Kurniçi istəyən "Fənərbağça" klubunun rəsmiləri futbolçunun transferi üçün İtaliyaya gediblər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Milan" rəhbərliyi maliyə problemi yaşayan "sarı lacivərtlər"ə jest edərək Rade Kruniç üçün 5 milyon avro tələb ediblər.

Rade Kruniç də "Fənərbağça"da oynamaq istədiyini və tərəflər arasında razılıü əldə olunduğunu bildirib.

Qeyd edək ki, Rade Kruniç bu mövsüm "Milan" formasıyla 14 oyunda meydana çıxıb.