"Fənərbağça"-"Yunion SG" oyununu fransalı hakim idarə edəcək
UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk turunda keçiriləcək "Fənərbağça"-"Yunion SG" matçının hakimləri açıqlanıb.
Sportline.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İstanbulda baş tutacaq görüşü fransalı hakim Benua Bastien idarə edəcək.
Onun köməkçiləri Hiçham Zakrani və Aurelien Bertomeu olacaq.VAR hakimi funksiyasını Bastien Deçepi icra edəcək.
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.