"Fənərbağça"da 2019-dan sonra bir ilk
"Fənərbağça" UEFA Avropa Liqasının ilk turunda "Yunion SG" klubunu 2-1 hesabı ilə məğlub edib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, matçda penalti dəf edən Livakoviç, 2019-cu ildə Harun Tekindan sonra "Fənərbağça" forması ilə Avrokuboklarda penalti qaytaran ilk qapıçı olub.
Xorvat qolkiper bundan əlavə görüşdə 5 seyvlə yadda qalıb.
Qeyd edək ki, "Fənərbağça" Liqa mərhələsində ikinci oyununu oktyabrın 3-də "Tvente"yə qarşı keçirəcək.