"Fənərbağça"da yeni müqavilə
"Fənərbağça" futbolçusu Tolqa Ciğerci ilə yeni müqavilə imzalayıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti daha 1 il uzadılıb.
Qeyd edək ki, T.Ciğerci 2018-ci ildən İstanbul təmsilçisində oynayır.