"Fənərbağça"dan daha bir transfer
“Fənərbağça” heyətinə daha bir futbolçu cəlb edib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Trabzonspor”dan ayrılan Xose Ernetso Sosanı sıralarına qatıb. Superliqa klubu 35 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, başa çatan mövsümdə 29 matça çıxaraq 9 qol vuran və 7 qolun ötürməsini verən argentinalı futbolçu karyerası ərzində “Bavariya”, “Napoli”, “Atletiko”, “Milan”, “Beşiktaş” kimi komandalarda da oynayıb.