"Fənərbağça"dan yeni transfer

"Fənərbağça" növbəti transferini həyata keçirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Kasımpaşa"dan Mame Tiamı heyətinə qatıb. 27 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, seneqallı oyunçu 2019/2020 mövsümündə "Kasımpaşa"da 28 matçda 12 qol vurub, 5 qolun ötürməsini verib.

Xatırladaq ki, "Fənərbaxça" bundan əvvəl Mert Hakan Yandaş, Gökhan Gönül, Caner Erkin və Filip Novakı transfer edib.