"Fənərbağça"nın istədiyi futbolçu "Roma"ya gedir
Türkiyə nəhənglərindən olan "Fənərbağça"nın maraqlandığı 29 yaşlı mərkəz müdafiəçisi "Romaya" transfer olunacaq.
Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, "Tottenhem" klubuna məxsus olan Erik Dayer komanda ilə yeni müqavilə imzalamayacaq. "Fənərbağça" futbolçu üçün təklif göndərsə də Dayer "Roma" ilə şəxsi razılıq əldə etdiyini bildirib.
Qeyd edək ki, Erik Dayer bu mövsüm "Tottenhem" forması ilə cəmi 3 oyunda medyana çıxıb.