"Fənərbağça"nın Mourinyoya ödəyəcəyi təzminatın məbləği bilindi
Çempionluqdan əli üzülən "Fənərbağça"da sular bulanıqdır.
Sportline.az xəbər verir ki, böyük ümidlərlə komandanın "sükanı" həvalə olunan Joze Mourinyo ilə yolların ayrılacağı gündəmdədir.
İstanbul nəhəngi ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi olan portuqaliyalıya göndəriləcəyi təqdirdə təzminat ödənilməlidir.
"Hürriyet" qəzetində yayılan məlumata görə, təzminatın məbləği 15 milyon avroya yaxındır.
Qeyd edək ki, təcrübəli mütəxəssis ötən il "Fənərbağça" ilə anlaşma imzalamışdı.