"Fənərbaxça" Vitor Pereyra ilə yollarını ayırır

"Fənərbaxça" yeni mövsüm ərəfəsində baş məşqçi Vitor Pereyra ilə yollarını ayırmaq qərarına gəlib. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsində "Monako"ya uduzaraq mübarizəni dayandıran "sarı bülbüllər" yeni məşqçi axtarışlarına başlayıblar. 

Portuqaliyalı mütəxəssislə müqavilə müddəti bitmədiyindən, İstanbul klubu təzminat ödəməli olacaq.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis ötən ildən "Fənərbaxça"nı çalışdırırdı.