Fərdi Kadıoğlu menecerinə xəbərdarlıq edib
Fərdi Kadıoğlu menecerindən mövsüm sonunadək transfer təklifi gətirməməsini tələb edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Fənərbağça" klubunun təcrübəli sol cinah hücumçusu üçün Avrop klubları təklif göndərsə də Fərdi menecerinə mövsüm sonunadək koamandada qalmaq istədiyini deyib.
"Borussiya Dortmund"un 24 yaşlı futbolçu üçün rəsmi təklif göndərib, Fərdi Kadıoğlu isə da qəbul etməyib.
Qeyd edək ki, Fərdi Kadıoğlu bu mövsüm "Fənərbağça" formasıyla çıxdığı 20 matçda 2 qol, 3 asistlə yadda qalıb.