Fərid Qayıbov: “Ümid edirəm ki, AFFA baş məşqçi məsələsində uğurlu seçim edəcək”
“Ümid edirəm ki, AFFA baş məşqçi məsələsində uğurlu seçim edəcək”.
Sportline.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov futbol üzrə Azərbaycan millisinə yeni baş məşqçi axtarışı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Nazir AFFA-nın ən doğru varianta üstünlük verəcəyinə inandığını bildirib: “AFFA ictimai birlikdir. Mən isə futbol mütəxəssisi deyiləm, azarkeşəm”.
Qeyd edək ki, Canni De Byazinin gedişindən sonra Azərbaycan millisinin baş məşqçi postu boşdur.