Portuqaliyalı mütəxəssis Fernando Santos İstanbula gəlir
Portuqaliyalı baş məşqçi Fernando Santos bu gecə 21:30-da istanbula gələcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis "Beşiktaş" klubuyla müqavilə imzalamaq üçün İstanbula gələcək.
Yanvarın 9-da Fernando Santosla mətbuat konfransı təşkil olunacaq. Tərcübəli çalışdırıcı "qara-qartallar"la 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Fernando Santos daha öncə Portuqaliya millisinin baş məşqçisi vəzifəsində çalışıb.