"Feyenoord"dan "Nyukasl"a keçir

"Feyenoord"un futbolçusu Anis Hadji Moussa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Nyukasl" əlcəzairli sağ cinah vingeri ilə ciddi şəkildə maraqlanır.

Bu haqda jurnalist Saşa Tavolieri məlumat yayıb.

Qeyd edək ki, A.Hadji Moussa transfer qiyməti 40 milyon avrodur.

Banner