FİFA Türkiyə klubunu cəzalandırıb
Türkiyə Super liqasında çıxış edən "Samsunspor" klubu FİFA tərəfindən cəzalandırılıb.
Sportline.az Sporx.com-a istiadla xəbər verir ki, "Samsunspor" bu mövsüm yeni futbolçu transfer edə bilməyəcək.
Klub prezidenti Yüksel Yıldırım açıqlamasında :"FİFA haqsız olaraq bizi cəzalandırdı. Qış və yay mövsümündə yeni futbolçular transfer edə bilməyəcəyik. Alınan bu qərar sadəcə bizə yox Türkiyə futboluna da hörmətsizlikdir",-deyib.
Qeyd edək ki, Yüksel Yıldırım azarkeşlərə səslənib və komandaya sahib çıxmalarını istəyib.