Final görüşünün taleyi necə olacaq?

"Atletik" (Bilbao) və "Real Sosyedad" İspaniya kubokunun final oyununu azarkeşlər qarşısında oynamaq istəyirlər.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hər iki klub buna görə ölkənin futbol federasiyasına müraciət ediblər. Onlar qarşılaşmanın azarkeşlərlə birgə oynanılması üçün şərait olana kimi gözləməyə hazır olduqlarını bildiriblər.

Aprelin 18-i keçirilməsi planlaşdırılan kubok koronavirus səbəbindən təxirə salınıb. UEFA Avropa Liqasında iştirak edəcək komandaların tam müəyyənləşməsi üçün finalın ən geci avqustun 2-nə kimi tamamlanmasını istəyir.