"Fiorentina"nı "Mançester Yunayted"ə dəyişir
"Mançester Yunayted" klubu bu yay heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Fiorentina"nın italiyalı forvardı Moyze Kin "Mançester Yunayted"in transfer siyahısında yer alıb.
25 yaşlı futbolçunun sərbəst qalma məbləği 44.5 milyon avrodur.
Qeyd edək ki, Moyze Kinin "Fiorentina" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.