“Fire League”da qrup mərhələsi başa çatdı
“BAL LİNE” şirkətinin rəsmi ticarət markası olan “ETOPAZ” həvəskar futbolun inkişafına dəstəyini davam etdirir.
“ETOPAZ”ın baş sponsorluğu ilə keçirilən “Fire League”-da növbəti oyunlar olub. Artıq liqada 11-ci turun oyunları geridə qalıb.
Xatırladaq ki, play-off mərhələsinin qarşılaşmaları mayın 12-də Yasamal “Sporster” arenada keçiriləcək. Final oyunu isə iyunun 16-da baş tutacaq.